Arda Turan "Barselona"da qalacaq

Arda Turan "Barselona"da qalacaq
Futbol
06 İyun 2017 - 10:51
Supersport.Az-ın məlumatına görə, bu haqda "Barselona"nın oyunçusu Arda Turanın meneceri Ahmet Bulut açıqlama verib.

O, futbolçunun heç yerə getməyəcəyini bəyan edib:

"Arda heç yerə getmir. "Barselona" rəhbərliyi də ondan məmnundur. Heç bir klubla danışığımız olmayıb. Bu xəbərlər həm Arda, həm də "Barselona" rəhbərliyini narahat edir. Mövsümün ikinci dövründən bizi hər yerə göndərdilər. 2020-ci ilədək "Barselona"dayıq".

Digər xəbərlər