Türkiyə yığmasının qələbə seriyası bitdi

Türkiyə yığmasının qələbə seriyası bitdi
Futbol
06 İyun 2017 - 00:32
Supersport.Az-ın məlumatına görə, Türkiyə yığma komandası səfərdə Makedoniya futbolçularıyla yoldaşlıq oyununda istəyinə çatmayıb.

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bununla Türkiyənin 3 oyunluq qələbə seriyası bitib.

Dünya çempionatının seçmə mərhələsində Kosova və Finlandiyaya 2 qolla qalib gələn türklər, yoxlama oyunnda Moldovanı 3:1 hesabıyla məğlub etmişdi.

İndiyəqə qədər makedoniyalılarla görüşdə 2-0, 2-1 və 2-1-lik qələbə qazanan Türkiyə yığması 4-cü matçda 0:0-a razılaşıb.

Türklər bu komandayla 8 oyunda 5 dəfə qalib gəlib, 2 oyun heç-heçə başa çatıb, 1 matçda məğlub olublar.

Makedoniya: 0 - Türkiyə: 0

Stadion. II. Filip Arena

Hakimlir: Stanislav Todorov, Diyan Valkov, Georgi Doynov (Bolqarıstan)

Makedoniya: Dimitrievski, Ristovski (80 Toshevski), Mojsov, Shikov, Stjepanovic, Spirovski (90+1 Trajcevski), Pandev (Dk. 71 Trickovski), Hasani (Dk. 62 Trajkovski), Alioski, Nestorovski (Dk. 83 İbraimi)

Türkiyə: Volkan Babacan, Gökhan Gönül, Kaan Ayhan, Çağlar Söyüncü, İsmail Köybaşı (46 Hasan Ali Kadırım), Ozan Tufan, Yunus Mallı (62 Əmrə Mor), Əmre Çolak (78 Burak Yılmaz), Olcay Şahan (46 Cengiz Ünder), Arda Turan (61 Cenk Tosun), Enes Ünal (46 Selçuk İnan)

Sarı vərəqələr: Ristovski 34 , Spirovski 53 (Makedoniya), Çağlar Söyüncü 34, Kaan Ayhan 38, Əmrə Mor 76 (Türkiyə)

Digər xəbərlər