Avroliqada təmsilçimizin potensial rəqibləri "Qalatasaray"la "Fənərbağça" oldu

Avroliqada təmsilçimizin potensial rəqibləri "Qalatasaray"la "Fənərbağça" oldu
Futbol
02 İyun 2017 - 00:51
Supersport.Az-ın məlumatına görə, Avropa Liqasında təmsilçilərimizdən birinin potensial rəqibləri sırasında Türkiyənin tanınmış klublarından olan "Qalatasaray" və "Fənərbağça" da var.

Söhbət Azərbyacna çempionatını 4-cü pillədə başa vuran "Zirə"dən gedir. Bu komanda "Qəbələ" və "İnter"lə birlikdə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.

Ardıcıl 4-cü dəfə Azərbaycan çempionu olan "Qarabağ" isə Avropanın ən nüfuzlu klub turniri olan UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Təmsilçimiz yarışa II təsnifat mərhələsindən qoşulacaq.

 

Digər xəbərlər