Məhəmmədrəsul Məcidov: "Azərbaycan himni səslənəndə qürur hissi keçirdim" - Video

Məhəmmədrəsul Məcidov: "Azərbaycan himni səslənəndə qürur hissi keçirdim" - Video
İslamiada-2017, Boks, Video
01 İyun 2017 - 00:25
Supersport.Az IV İslam Həmrəyliyi Oyunlarının çempionu, Azərbaycanın superağır çəkili boksçusu Məhəmmədrəsul Məcidovun fikirlərini videogörüntüyə alıb.
İkiqat dünya çempionu, London olimpiadasının bürünc medalçısı bildirib ki, İslam Həmrəyliyi Oyunlarının qızıl medalı onun üçün böyük əhəmiyyət kəsb edir:
"Bu, mənim üçün çox dəyərli medaldır. Əvvəla, İslam Həmrəyliyi Oyunları bir müsəlman kimi mənim üçün əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan himni səslənəndə təsvirəgəlməz qürur hissi keçirdim. Qəlbim sevinclə doludur. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm".
Turnirə hazırlıq prosesindən danışan idmançı, özünü yaxşı göstərə bilmədiyini deyib:
"Çox gərgin rejimdə çalışmalı olurduq. Düzünə qalsa, kiçik zədələr almışdım. Buna görə də özümü yaxşı formada göstərə bilmədim. Nə qədər ki, gücüm var rinqə çıxıb azarkeşlərini sevindirəcəm. Lakin növbəti yarışlarda, məsələn, Avropa və dünya çempionatlarında mümkün qədər çıxış etməyə çalışacağam".


 

Digər xəbərlər