Futbol dünyasından Ramazan-a xüsusi diqqət - Foto

Futbol dünyasından Ramazan-a xüsusi diqqət - Foto
Maqazin, Futbol, Foto
27 May 2017 - 16:41


Supersport.Az-ın məlumatına görə, Avropa tanınmış futbol klubları Ramazan ayının qədəm qoymasına xüsusi diqqət yetirib.

İngiltərə "Arsenal"ının türk əsilli alman ulduzu Məsut Özil ismarıcla izləyicilərini təbrik edib.

28 yaşlı futbolçu, "Bütün Müsəlman azarkeşlərə xoş ramazanlar" sözlərinə yer verib.

"Mançester Siti", "Mançester Yunayted" klubu sosial hesablarında dünyanın bütün müsəlman azarkeşlərinə "Ramazan ayınız mübarək olsun" təbrikini çatdırıb.

"Barselona"nın futbolçusu Arda Turan "Ramazan sevincdir, bərəkətdir, səbrdir. Xoş gəldin 11 ayın sultanı" sözlərini qeyd edib.

Çinin "Tianjin Quanjian" klubunu çalışdıran italiyalı mütəxəssis Fabio Cannavaro da müsəlmanlara böyük hörməti olduğunu nümayiş etdirib: "Bütün müsəlman dostlarımın Ramazan ayı mübarək olsun".

Digər xəbərlər