Supersport.Az-ın məlumatına görə, 28 May – Respublika Günü münasibətilə idman jurnalistləri arasında futbol turnirinin təşkili baş tutmayacaq.
Yarış AFFA yanında Media Komitəsinin təşəbbüsü və AFFA-nın dəstəyi ilə keçirilməli idi. Ancaq adıçəkilən qurumlar turniri təşkil etməkdən imtina edib. Buna səbəb kimi Ramazan ayının başlanması və bununla bağlı çoxsaylı müraciətlər göstərilib.