Mourinyo tarixə düşdü - Foto

Mourinyo tarixə düşdü - Foto
Futbol
25 May 2017 - 22:01


Supersport.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis tarixə düşüb.

Avropa Liqasının finalında "Ayaks"ı iki qolla məğlub edən Joze Mourinyonun çalışdırdığı "Mançester Yunayted" ilk dəfə bu yarışın qalibi olub.

Portuqaliyalı mütəxəssis, həm Çempionlar Liqası, həm də Avroliqanın iki dəfə qalibi olan yeganə məşqçi kimi tarixə düşüb. Son 10 oyunda məğluedilməz olan "Mançester Yunayted" Çempionlar Liqasına vəsiqə qazanb.

Mourinyo 2003-cü ildə "Portu", 2017-ci ildə "Mançester Yunayted"i Avroliqanın, 2004-də "Portu"nu 2010-da isə "İnter"i Çempionlar Liqasının qalibi edib.

Digər xəbərlər