Supersport.Az-ın məlumatına görə, “Barselona”nın baş məşqçi vəzifəsinə hansı mütəxəssisi gətirəcəyi haqda məlumat yayılıb.
Klubun Ernesto Valverdeni seçdiyi bildirilib. Bu haqda “El Mundo Deportivo” qəzeti məlumat verib.
Hazırda “Atletik”i çalışdıran 53 yaşlı ispan mütəxəssis Valverdenin 1 iyundan “Barselona”nın baş məşqçisi olacağı qeyd olunub. Kataloniya klubu 27 mayda “Kral Kuboku”nun final oyununu keçirəcək.
Bu matçdan sonra Luis Enrikenin yerinə gətiriləcək Valverdenin “Barselona” klubu tərəfindən 29 mayda təqdimatı olacağı planlaşdırılıb.
Valverde, 1988-1990-cı illərdə “Barselona”da çıxış edib.
Məşqçi karyerasının böyük hissəsini “Atletik”də keçirən Valverde, “Olimpiakos” (2008-2009, 2010-2012), “Vilyareal” (2009-2010) və “Valensiya” (2012-2013) klublarını çalışdıırb.