Supersport.Az İslamiadanın finalında Omanı məğlub edərək çempion olan Azərbaycan yığmasının kapitanı Ruslan Abışovun fikirlərini təqdim edir.
Təcrübəli futbolçu bildirib ki, qol buraxmadan tarix yazmaq istəkləri alınmayıb: “Çox istəyirdik ki, yarışda qol buraxmadan çempion olaq. Bununla yeni tarix yazmaq istəyirdik. Bu, istəyimiz alınmasa da, əsas məqsədimiz çempionluğa çatdıq”.