IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı məlum olub.
Bu iş cüdo üzrə dünya və Avropa çempionu Elxan Məmmədova həvalə olunub.
Bu barədə Supersport.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.
Dünya və Avropa çempionu Elxan Məmmədov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.