6 boksçumuz finalda

6 boksçumuz finalda
İslamiada-2017, Digər, Boks
17 May 2017 - 22:27
IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında finalçılar məlum olub. Yarımfinalda rinqə sonuncu çıxan yığmamızın üzvü Məhəmmədrəsul Məcidov da adını həlledici döyüşə yazdırıb.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionumuz bu dəfə Hüsseyn İaşaişi (İordaniya) məğlub edib: 4:0.

Məhəmmədrəsul finalda suriyalı Manaf Asaadla qarşılaşacaq.

Qeyd edək ki, sabah keçiriləcək həlledici qarşılaşmalarda Azərbaycan 6 boksçu ilə mübarizə aparacaq. M.Məcidovla yanaşı, Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) və Teymur Məmmədov (91 kq) çempionluq uğrunda yarışacaq. Komandamızın heyətində Tayfur Əliyev (56 kq) isə çıxışını bürünc medalla başa vurub.

Digər xəbərlər