Bu gün İslam Oyunlarında ağırlıqqaldıranların rəqabərində Anastasiya İbrahimli (69 kq) də fərqlənib.
Supersport.Az saytı xəbər verir ki, o, cəmdə 219 kq (100+119) nəticə göstərərək qızıl medala yiyələnib.
Təmsilçimiz İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yeniləyib.