Çimərlik voleybolu üzrə yarış keçirilib
Digər, Voleybol
11 May 2017 - 08:43
Bakıda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə çimərlik voleybolu üzrə yarış təşkil olunub.
Supersport.Az xəbər verir ki, yarışda 11 qadın və 13 kişi komandası birincilik uğrunda mübarizə aparıb. Qadın və kişi komandaları ilkin mərhələdə 4 qrupda yarışıblar. Qrup mərhələsində ilk iki yeri tutan komandalar növbəti mərhələyə yüksəliblər.
Daha sonra yarımfinal və final oyunları keçirilib. Qadın komandaları arasında bürünc medal uğrunda görüşdə “AVİF-1” komandası “Azərreyl-2”yə 2:0 hesabı ilə qalib gəlib. Qızıl medal oyununda isə “Azərreyl-1” komandası “Azərreyl-3”ü 2:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.
Kişi komandaları arasında üçüncü yer uğrunda “Redbull”-“Lokomotiv-1” görüşü keçirilib. Rəqibini 2:0 hesabı ilə məğlub edən “Redbull” yarışın bürünc medalına sahib olub. Qızıl medal uğrunda isə “Azərreyl-1” komandası FHN-dən güclü olub – 2:0.
Sonra mükafatçılara Azərbaycan Voleybol Federasiyası tərəfindən kubok və medallar təqdim olunub.