Boks hakimimiz İslamiadaya təyinat alıb

Boks hakimimiz İslamiadaya təyinat alıb
İslamiada-2017, Digər, Boks
09 May 2017 - 19:40
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib.

Supersport.Az xəbər verir ki, "Baku Crystal Hall"da keçiriləcək yarışlara 27 ədalət təmsilçisi təyinat alıb.

Siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçularının mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq.

Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaqlar.

Digər xəbərlər