19 döyüş, 19 qələbə: Coşua Kliçkonu da nokaut etdi - Foto-Video

19 döyüş, 19 qələbə: Coşua Kliçkonu da nokaut etdi - Foto-Video
Digər, Boks
30 Aprel 2017 - 07:54


Supersport.Az-ın məlumatına görə, ağırçəkili peşəkar boksçuların döyüşündə Entoni Coşua Vladimir Kliçkonu nokautla məğlub edib. Coşua bu qələbəylə İBF və WBA kəmərlərinə sahib çıxıb.

Londonun 90 min yerlik "Uembli" stadionunda keçirilən qarşılaşmada ingilis idmançı 11 raund sonunda qalib olub.

Boksçuların hərəyə 15 milyon dollar qazanıb.

Vladimir Kliçko 1996-cı ildə olimpiya çempionluğundan sonra peşəkar boksu seçmişdi. 41 yaşlı ukraynalı idmançı 68 döyüşün 64-nü qələbə ilə başa vurmuşdu.

Kliçkodan 14 yaş kiçik olan Coşua 2012-ci il London Olimpiadasından sonra peşəkar olmuşdu. İngilis boksçu, peşəkar karyerasında keçirdiyi 19 döyüşün hamısında nokautla qalib gəlib, ukraynalı idmançı isə ardıcıl iki qarşılaşmada rinqi məğlub tərk edib.

Digər xəbərlər