"El Klassiko"da azarkeş rekordu

"El Klassiko"da azarkeş rekordu
Futbol
25 Aprel 2017 - 22:18
Supersport.Az-ın məlumatına görə, İspaniya çempionatının 33-cü turunun "Real Madrid" - "Barselona" oyununu ekrandan rekord sayda azarkeş izləyib.

"El Klassiko"ya 2,5 milyon nəfər tamaşa edib. Bu barədə oyunu yayımlayan telekanal məlumat verib. Qarşılaşmanı 2 milyon 563 min azarkeş izləyib ki, bu fakt matçın ən çox izlənilən olduğunu göstərir. "Barselona" - "Real Madrid" oyununa isə 2 milyon 214 min tamaşa etmişdi.

"Santyaqo Bernabeu" stadionunda keçirilən "Real Madrid" - "Barselona" matçını dünyada 185 olkədə 650 milyon azarkeş izləyib. Sosial şəbəkədə "El Klassiko"nu ən çox paylaşan ölkələr Meksika, İndoneziya və Braziliya olub. İspaniya isə bu baxımdan 5-ci pillədə yer alıb.

Digər xəbərlər