Millimiz Avropa çempionatının final mərhələsində

Futzal
12 Aprel 2017 - 00:49
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunmuş B qrupunda oyunlara yekun vurulub.
Qrupun son oyununda bu gün Bakı İdman Sarayında Macarıstan və Azərbaycan milli komandaları qarşılaşıb. Qarşılaşma 6:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.
Xatırladaq ki, millimiz ilk oyunda Bosniya və Herseqovina yığmasını 5:4, ikinci qarşılaşmada isə Albaniya komandasını 5:0 hesabı ilə məğlub etmişdi.
Beləliklə, 3 oyundan 9 xal toplayan Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Avropa çempionatı 2018-ci il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyana şəhərində təşkil olunacaq.
YER | KOMANDALAR | O | Q | H | M | VQ | BQ | TF | XAL |
1 | Azərbaycan | 3 | 3 | 0 | 0 | 16 | 5 | 11 | 9 |
2 | Macarıstan | 3 | 1 | 1 | 1 | 7 | 11 | -4 | 4 |
3 | Bos. və Her | 3 | 0 | 2 | 1 | 12 | 13 | -1 | 2 |
4 | Albaniya | 3 | 0 | 1 | 2 | 9 | 15 | -6 | 1 |