23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin martın 6-dan 9-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına daha 2 futbolçu dəvət olunub.
Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunlar Vüsal İsgəndərli (“Zirə”) və Kamal Qurbanovdur (“Neftçi”).
Qeyd edək ki, 4 gün davam edəcək toplanış IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq xarakteri daşıyır.