Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ölkənin I vitse-prezidenti vəzifəsinə təyin olunub. Supersport.Az-ın məlumatına görə, bununla bağlı dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 1031-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alıram: Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilsin”.