Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək
Digər, Güləş
20 Fevral 2017 - 20:09
Fevralın 23-də Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi start götürəcək.

Supersport.Az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

Yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançıları iştirak edəcəklər.

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə təltif olunacaq və yığma komandanın heyətinə cəlb ediləcəklər.

Turnirin proqramına əsasən, fevralın 23-də sərbəst, 24-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək.

Digər xəbərlər