SUPERSPORT.AZ - 8!

SUPERSPORT.AZ - 8!
Digər
20 Fevral 2017 - 19:34
SAYTIMIZ DÜNYA MEDİASININ DİQQƏTİNDƏ

Bu gün Supersport.Az-ın 8 yaşı tamam oldu.

Portalımız yarandığı gündən ölkəmizin idman həyatını, həmçinin idmançılarımızın mötəbər yarışlarda uğurlu çıxışını yüksək səviyyədə təqdim etməyə çalışıb. Fəaliyyətimizin məntiqi nəticəsi olaraq həm respublikamızın, həm də xarici ölkələrin mətbuat orqanları saytımızın məlumatları və videogörüntülərindən faydalanıb.

Supersport.Az Mətbuat Şurasının üzvüdür.

Supersport.Az-ın internet kanalını iki il müddətində 2 milyon nəfər izləyib. Türkiyə, İngiltərə, Rusiya, Fransa və digər ölkələrin mediası saytımızın videogörüntülərindən istifadə edir. Ölkəmizə faydalı olması naminə hətta videoçəkilişlərimiz nüfuzlu ölkə komandalarımızın UEFA-dan haqsız cəza almasına mane olmaq üçün də istifadə edilib.

Supersport.Az yaxın gələcəkdə böyük planlar həyata keçirməyə, daha böyük uğurlar əldə etməyə çalışacaq.

 

Digər xəbərlər