Ayla Rzazadə Avropa üçüncüsüdür

Ayla Rzazadə Avropa üçüncüsüdür
Karate, Digər
18 Fevral 2017 - 00:14
14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Ayla Rzazadə (-54 kq) Avropa üçüncüsü oldu. Supersport.Az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatının birinci günü bürünc medal qazanan A.Rzazadə, ilk dəfə qatıldığı rəsmi yarışda nəticəgöstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoydu.

14-15 yaşlıların yarışında Tale (-52 kq) və Tural Yaqubov (-63 kq) qardaşlarının və Ceyhun İsmayılovun (kata)  təsəlliverici görüşlərə qatılmaq imkanı əldə etsələr də son anda mükafatçılar sırasına düşə bilməyiblər. Bu nəticə ilə Azərbaycan yarışın ilk günü medal qazana bilən 25 ölkə arasında 18-25ci yerləri bölüşür.

Avropa çempionatının növbəti iki yarış günündə 16-18 yaşlı gənclər və 18-21 yaşadək gənclər mübarizəyə qatılacaqlar. 14-15 yaşlı yeniyetmələr arasında 44-cü, 16-18 və 21 yaşadək gənclər arasında isə 9-cu Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edir.

Digər xəbərlər