20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək

20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir keçiriləcək
Karate, Digər
18 Yanvar 2017 - 16:49
20-22 yanvar 2017-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" karate klubunun təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. Supersport.Az xəbər verir ki, 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında kata və kumite üzrə xatirə turniri Bakı İdman Sarayında təşkil ediləcək. Yarışda yerli idmançılarla yanaşı, İran, Rusiya və Gürcüstan komandalarını təmsil edən 600-dək karateçi iştirak edəcək. Karateçilər həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.

Digər xəbərlər