FİFA prezidenti Canni İnfantinonun dünya çempionatında komandaların sayının artırılması ilə bağlı irəli sürdüyü təklif haqda qərar qəbul edilib.
Supersport.Az xəbər verir ki, 2026-cı ildən başlayaraq mundialda 48 komanda iştirak edəcək.
Reqlamentə görə, final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.
Dünya çempionatına Avropadan 16, Afrikadan 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyadan 8,5, KONMEBOL-dan 6,5, KONKAKAF-a 6,5, Okeaniyadan 1 komanda yollanacaq.