"Sumqayıt" "Neftçi"nin qənimi ilə qarşılaşacaq

"Sumqayıt" "Neftçi"nin qənimi ilə qarşılaşacaq
Futbol
08 Yanvar 2017 - 15:38
Supersport.Az-ın məlumatına görə, yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə yollanacaq "Sumqayıt" klubu 3 yoxlama oyunu keçirəcək.

Samir Abbasovun komandası yanvarın 13-də "Şkenderbeu" ilə qarşılaşacaq. 7 dəfə Albaniya çempionu olan adıçəkilən klub hazırda milli çempionatda 3-cü pillədə qərarlaşıb.

"Sumqayıt" növbəti yoxlama oyununu yanvarın 16-da keçirəcək. Bu dəfə rəqib Özbəkistanın “Nasaf” komandası olacaq. 30 yaşlı klub son mövsüm ölkə çempionatını 3-cü pillədə başa vurub.

Son yoxlama oyununu isə yanvarın 19-da Qazaxıstan təmsilçisi "Atırau"ya qarşı olacaq. Bu klub hazırda yerli çempionatda 8-ci pillədə qərarlaşıb.

Digər xəbərlər