Rəşad Sadıqov: “Mənə komandir deyəndə qürur hissi keçirirəm”
Supersport.Az-ın məlumatına görə, “İmarət” azarkeş qrupunun yekun tədbiri bir sıra maraqlı məqamla yadda qalıb.
Fanklub, Milli Qəhrəman Allahverdi Bağırovun şərəfinə təsis etdiyi “Qarabağ uğrunda medal”ı “Qarabağ” klubunun aparıcı futbolçusu Rəşad Sadıqova təqdim edib. Kapitan “Mənə komandir deyəndə qürur hiss keçirirəm” deyib.
Sadıqov, “Qarabağ”a gələrkən tərəddüd etdiyini və heç vaxt məğlubiyyəti sevmədiyini bildirib.