"ARAZ" XORVATİYA KLUBUNA UDUZDU

Futzal, Digər
24 Noyabr 2016 - 01:09
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində Azərbaycan çempionu “Araz” bu gün ilk oyununu keçirib.
Supersport.Az-ın məlumatına görə, təmsilçimiz Xorvatiyanın Zaqreb şəhərindəki Dom Sportova idman kompleksində yerli “Nasional” komandası ilə qarşılaşıb.
Oyun təmsilçimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Araz"ın heyətində yeganə qolu matçın son dəqiqəsində Fineo vurub.
Qrupdakı digər oyunda Rusiyanın "Uqra" klubu Almaniya "Hamburq"unu üstələyib - 4:0.
Qeyd edək ki, "Araz" qrupdakı ikinci oyununda noyabrın 24-də "Uqra" ilə qarşılaşacaq.