VETERAN CÜDOÇUMUZ AMERİKADA DÜNYA ÇEMPİONU OLDU

VETERAN CÜDOÇUMUZ AMERİKADA DÜNYA ÇEMPİONU OLDU
Digər, Cüdo
19 Noyabr 2016 - 14:11
Amerika Birləşmiş Ştatlarında keçirilən veteran cüdoçular arasında dünya çempionatının ilk günü milli komandamız üçün uğurlu alınıb.

90 kiloqram çəkidə çıxış edən cüdoçumuz Fərhad Rəcəbli uğurlu çıxışı ilə diqqət çəkib. Finala gedən yolda rəqiblərini asanlıqla mübarizədən kənarlaşdıran Rəcəbli həlledici oyuna vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada rusiyalı Vladimir Markelovu məğlub edərək dünya çempionu adı qazanıb. Turnirdə mübarizə aparan digər tatami ustamız 100 kiloqram çəkidə Arif Qasımov olub. O, 5-ci yeri tutub.

Dünya çempionatında 55 ölkədən 966 veteran cüdoçu mükafatlar uğrunda mübarizə aparır.

Digər xəbərlər