FETÖ təşkilatına üzv olmaqda günahlandırılan Türkiyə futbolunun əfsanəsi Hakan Şükür uzun illər şərəfəni qoruduğu “Qalatasaray” klubunun üzvlüyündən çıxarılıb.
Supersport.Az-ın əldə etdiyi məluta görə, bununla bağlı qərarı bu gün klubun İntizam Komitəsi qəbul edib.
Hakan Şükürlə yanaşı, “Qalatasaray”ın başqa iki məşhur sabiq oyunşusu – Arif Ərdəm və İsmail Dəmiriz də klub üzvlüyündən xaric edilib.
Xatırladaq ki, daha öncə Türkiyə məhkəməsi Hakan Şükür barəsində həbs-qətimkan tədbiri seçib və onun var-dövlətinə həbs qoyulub.
H.Şükür Türkiyə hüdudlarından kənarda olduğu üçün onu yaxalamaq mümkün olmayıb.