TAİLAND - AZƏRBAYCAN MATÇININ VAXTI BƏLLİ OLDU

TAİLAND - AZƏRBAYCAN MATÇININ VAXTI BƏLLİ OLDU
Futzal, Digər
19 Sentyabr 2016 - 12:22
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/8 final mərhələsinin təqvimi müəyyənləşib.

Supersport.Az xəbər verir ki, Azərbaycan yığması 1/8 finalda B qrupunun ikincisi Tailandla qarşılaşacaq.

Həmin görüş sentyabrın 22-dən 23-nə keçən gecə Bakı vaxtı ilə 02:30-da start götürəcək. Qarşılaşma hazırda yığmamızın məskunlaşdığı Medelin şəhərindək “Coliseo Ivan de Bedout”da keçiriləcək.

Qeyd edək ki, bu mərhələni də adlayacağı təqdirdə Azərbaycan millisi 1/4 finalda Portuqaliya - Kosta-Rika cütünün qalibi ilə üz-üzə gələcək.

Digər xəbərlər