MİLLİMİZ İRANLA QARŞILAŞACAQ

MİLLİMİZ İRANLA QARŞILAŞACAQ
Futzal, Digər
18 Sentyabr 2016 - 13:50
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatı davam edir.

Supersport.Az-ın məlumatına görə, bu gecə mundialda qrup mərhələsi başa çatacaq. "F" qrupunda mübarizə aparan Azərbaycan yığması son görüşündə İranla qüvvələr nisbətinə aydınlıq gətirəcək.

İki turdan sonra qrup ikincisi olan milli komandamızı İranla matçda heç-heçə də qane edir. Yığmamız 1/8 finala vəsiqə qazansa, Tailandla qarşılaşacaq.

Məğlub olacağı halda isə futzalçılarımız qrup üçüncüsü kimi 1/8 finala yüksələ bilərlər. Lakin bu halda 1/4 finala gedən yolda millimiz daha güclü rəqiblə - Braziliya və ya İtaliya ilə görüşəcək.

03:00 Azərbaycan - İran


Hakimlər: Sezar Malaqa (Peru), Kristofer Sinkleyir (Yeni Zelandiya), Alessandro Malfer (İtaliya)
Medelin. “Coliseo Ivan de Bedout”

Digər xəbərlər