"QƏLƏBƏDƏN ZÖVQ ALMALIYIQ"

"QƏLƏBƏDƏN ZÖVQ ALMALIYIQ"
Futzal
13 Sentyabr 2016 - 06:47
Futzal üzrə dünya çempionatının final mərhələsində keçirilmiş Mərakeş – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib.

Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi):

“Bugünkü uğurumuzun əsas səbəbi yüksək keyfiyyətli kollektiv iş görməyimizdir. Həm məşqçi heyəti, həm də oyunçular birlikdə xeyli iş görmüşük və bunun nəticəsində belə qələbə qazana bildik. İndiki məqamda qalibiyyətimizdən zövq almağı bacarmalıyıq, amma unutmaq olmaz ki, dünya çempionatı yenicə başlayıb və biz cəmi 1 oyun keçirmişik. Artıq sabahdan başlayaraq yeni oyuna, yeni rəqibə qarşı mübarizəyə hazırlaşmağa başlayacağıq”.

Hicham Dguig ( Mərakeş millisinin baş məşqçisi):

“Birinci hissədə daha yaxşı oynadıq. Hesab açıldıqdan sonra oyun intizamımız pozuldu. Çalışdıq ki, buraxılan qolun əvəzini çıxaq. Bunun üçün şansımız da oldu. Təəssüf ki, yararlana bilmədik. Sonra müəyyən dəyişikliklərə əl atdıq. Amma taktiki gedişlərimiz faydasız oldu. Futzalın maraqlı cəhətlərindən biri də budur. İlk oyun bizim üçün çox vacib idi, əfsus ki, ikinci hissədə dönüş yarada bilmədik. Qapıçımızın zədələnməsi də komandaya pis təsir etdi. Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm”.

Digər xəbərlər