ÇİNGİZ ABDULLAYEVDƏN SƏRT AÇIQLAMA, AZARKEŞLƏR RAMİN MUSAYEVƏ ŞİKAYƏT ETDİ - VİDEO

ÇİNGİZ ABDULLAYEVDƏN SƏRT AÇIQLAMA, AZARKEŞLƏR RAMİN MUSAYEVƏ ŞİKAYƏT ETDİ - VİDEO
Futbol, Eksklüziv, Video, Layihə, AFFA yanında Media Komitəsi
10 Sentyabr 2016 - 23:00
Premyer Liqanın 4-cü turunda "Neftçi" - "Qəbələ" oyununun fasiləsində paytaxt klubunun Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev Supersport.Az-a açıqlama verib.

Bakı təmsilçisinin rəhbəri bildirib ki, ilk hissədə 0-5 hesablı nəticə biabırçılıqdır:

"Neftçi"nin tarixində belə biabırçı nəticə olmayıb. Bunu çox təəssüf, ürəkağrısı ilə ifadə edirəm. Futbolçulardan çox narazıyam. Bu biabırçı nəticəyə görə, sərt cəza tətbiq olunacaq".

"Qəbələ" ilə qarşılaşmada "Neftçi"0-7 geridə olarkən paytaxt klubunun sədri Çingiz Abdullayev əsəbi halda "Əlincə Arena"nı tərk edib. Bakı təmsilçisinin rəhbəri, komanda üzvlərinin oyundan dərhal sonra bazaya gəlməsinə əmr verib.

Oyundan sonra azarkeşlər "Neftçi"nin keçmiş rəsmisi və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə görüşüb, futbolçuların bərbad oynamasından şikayətləniblər.

Qeyd edək ki, "Neftçi" "Qəbələ"yə 0:8 hesabı ilə məğlub olub.

Anar

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Digər xəbərlər