Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan atleti Yelena Çebanu gümüş medal qazanıb.
Supersport.Az xəbər verir ki, atletimiz 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsində braziliyalı Alisya de Olviere Korrea, kubalı Omara Durand və Almaniya təmsilçisi Katrin Muller-Rotqarda qarşı yarışıb.
Məsafəni 11,71 saniyəyə qət edən idmançımız XV Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib olub.
Kuba atleti 11,40 saniyə nəticə ilə dünya rekordunu yeniləyib və qızıl medal qazanıb. Almaniya təmsilçisi isə yarışı üçüncü pillədə başa vurub