HACI ƏLİYEV VƏ CƏBRAYIL HƏSƏNOV BÜRÜNC MEDAL QAZANDI
Olimpiya, Rio-2016, Digər
20 Avqust 2016 - 01:17
Rio olimpiadasında güləş yarışları davam edir.
Supersport.Az-ın məlumatına görə, bu gün sərbəst güləşçilərimiz Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (75 kq) mübarizəyə qoşulub.
57 kq
Yarışa 1/8 finalda başlayan dünya çempionu Hacı Əliyevin ilk rəqibi cənubi koreyalı Cunsk Yun olub. İdmançımız bu mərhələdə inamlı qələbə qazanıb - 12:2.
Hacı Əliyev 1/4 finalda Vladimir Xinçeqaşvili (Gürcüstan) ilə qarşılaşıb. Bu dəfə idmançımız rəqibinə uduzub - 3:4. Vladimir Xinçeqaşvili finala qədər yüksəldiyi, H. Əliyev bürünc üçün təsəlliverici görüşlərə qatılacaq. Güləşçimiz ilk təsəlliverici görüşündə Nurislam Sanayevlə (Qazaxıstan) qüvvəsini sınayıb. Rəqibinə 10:8 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal uğrunda bolqarıstanlı Vladimir Vladimirovla güləşib. Rəqibinin kürəyini yerə vuran Hacı Əliyev bürünc medalın sahibi olub.
75 kq
Cəbrayıl Həsənovun da ilk görüşü 1/8 finalda olub. O, bu mərhələdə kolumbiyalı Karlos Arturo İzquerdo ilə üz-üzə gəlib və rəqibi üzərində asan qələbə qazanıb - 10:0. Güləşçimiz 1/4 finalda Yakob Makaraşvili (Gürcüstan) ilə qarşılaşacaq. Bu dəfə də inamlı qələbə qazanan (11:0) Cəbrayıl yarımfinala yüksəlib .O, yarımfinalda Aniuar Qeduyevlə (Rusiya) güləşib. Bu görüşdə C.Həsənov 4:5 hesabı ilə uduzub.
Məğlubiyyətə baxmayaraq, Həsənov bürünc medal üçün mübarizə aparıb. Onun medal uğrundakı rəqibi özbək güləşçi Bexzad Abdurrahmanov olub. Görüşün əvvəllərindən təşəbbüsə yiyələnən pəhləvanımız sona qədər üstünlüyünü əldən verməyib və yekunda 7:9 hesablı qələbə ilə fəxri kürsünün üçüncü pilləsində dayanmağa haqq qazanı