RİO-2016: DEMYANENKO FİNALDA

Olimpiya, Rio-2016, Digər
17 Avqust 2016 - 18:05
Bu gün Rio Olimpiadasında daha bir avarçəkənimiz mübarizəyə başlayıb.
Supersport.Az-ın məlumatına görə, yığmamızın liderlərindən Aleksandr Demyanenko start xəttinə çıxıb.
33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çatıb.
Nəticədə o, bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub və yarımfinala yüksəlib. O növbəti yürüşdə də uğurlu nəticə qazanaraq (5-ci yer) finala adlayıb.
Həlledici yürüşün sabah saat 16:23-də başlayacağı nəzərdə tutulub.