AZƏRBAYCAN BOKSÇUSU RUSİYALINI NOKAUT ETDİ: "BU, BİR SÜRPRİZ İDİ"

AZƏRBAYCAN BOKSÇUSU RUSİYALINI NOKAUT ETDİ: "BU, BİR SÜRPRİZ İDİ"
Digər, Boks
01 Avqust 2016 - 03:58
Supersport.Az-ın məlumatına görə, Azərbaycanın və "Qəbələ" İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə debüt edib. İdmançımız ilk döyüşünü Latviyanın Riqa şəhərində keçirib. Ağır çəki dərəcəsində çıxış edən boksçumuz "Riqa Arena"da təşkil olunan qarşılaşmalar çərçivəsində rusiyalı Vladimir Qonçarovla üz-üzə gəlib. 6 raund davam etməli olan görüş artıq ilk hissədə başa çatıb. Rəqibinə qarşısıalınmaz zərbələr endirən Zamiq 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib.

Təmsilçimiz qarşılaşmadan sonra debütü haqda qısa fikirlərini açıqlayıb: "Mən kikboksçu olsam da, peşəkar boksda debüt etdim. Debütümün belə erkən qələbə ilə başa çatması mənim üçün də gözlənilməz oldu. Bu, bir sürpriz idi".

Digər xəbərlər