XANIM VELOSİPEDÇİMİZDƏN "RİO-2016"YA DOĞRU DAHA BİR ADDIM
Digər, Velosiped
14 May 2016 - 17:27
Azərbaycanın şose velosipedi üzrə yığmasının və Sloveniyanın “BTC Llubljana” dünya turu komandasının üzvü Yelena Pavluxina “Rio-2016” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq uğrunda növbəti lisenziya xalları əldə edib.
Supersport.Az xəbər verir ki, velosipedçimiz Çində keçirilən “Tour of Zhoushan İsland” turunda aktivinə daha 12 reytinq xalı yazıb.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı üçgünlük yarışının yekununa əsasən, yığma komandamızın üzvü ümumi təsnifatda 70 velosipedçi arasında 4-cü olub. Yelena Pavluxina mayın əvvəlində Çində keçirilən digər bir yarış - Dünya Turu statusunu daşıyan "Tour of Chongming" veloturunda da uğurla çıxış etmiş və ümumi təsnifatda 9-cu olaraq 30 reytinq xalı qazanmışdı.
Hazırda idmançımız aktivindəki 137 reytinq xalı ilə Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) sıralamasında 685 qadın velosipedçi arasında 70-ci yerdə qərarlaşır. Bu isə Yelena Pavluxinaya “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq şansı verir.
Qeyd edək ki, UCİ qaydalarına əsasən, qadın velosipedçilərin reytinq xallarını toplaması prosesi mayın 31-də başa çatacaq və yalnız bundan sonra Olimpiya Oyunlarına vəsiqə qazanacaq velosipedçilərin adlarına aydınlıq gələcək.