KAMRAN AĞAYEV: "BU OLMADAN MEYDANA ÇIXSAM, KOMANDANI ŞİKƏST EDƏRƏM"

KAMRAN AĞAYEV: "BU OLMADAN MEYDANA ÇIXSAM, KOMANDANI ŞİKƏST EDƏRƏM"
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
21 Aprel 2016 - 19:23
Supersport.Az-a açıqlamasında "İnter"in kapitanı və milli komandanın qapıçısı Kamran Ağayev belə deyib.

Təcrübəli qolkiper həkim məsləhətinə baxmayaraq, məşqə başlamaqla futbola sevgisini nümayiş etdirib:

"Məşqdən kənarda problem olmur. Meydanda hərəkət zamanı isə ağrı olur. Həkim demişdi ki, məşqə başlama, başlasan da ehtiyatlı olarsan. Hazırlığa tez start verməyə qərar verdim, artıq üç gündür çalışıram. Tam gücümlə məşq edə bilmirəm, ağrılar var. Amma bu demək deyil ki, belə olan halda çalışmaq olmaz. Zədədən qayıtdıqda ağrı olması normaldır. Hər insan canının həkimi olmalıdır. Doktorun nəzarətindəyəm, ağrıyanda deyirəm. Zədədən sonra artıq çəkini azaltmaq üçün vaxt lazımdır. Tam sağaldıqdan sonra ən yaxşı səviyyədə məşq edə biləcəyəm. Məlum səbəbdən 10 gündür məşq etmirdim. İlk növbədə formaya düşməliyəm. Bu olmadan meydana çıxsam, komandanı şikəst edərəm. Futbol kollektiv oyundur və komanda hər bir futbolçudan asılıdır. Allahın köməyi ilə ayağım sağalsın, formaya düşmək problem olmaz".

Ağayev bildirib ki, UEFA tərəfindən komanda cəzalansa da, bu, futbolçuları ruhdan salmayıb:

"Komandamız meydana yalnız qələbə üçün çıxır.
Özümə gəlincə, inam olmasa, futbolla məşğul olmaram, ayrılaram. Meydandan kənarda olsam da, komanda yoldaşlarıma inanıram. Ağıllı və təcrübəli futbolçulara malik olduğumuzdan uğur qazanacağımızı düşünürəm. Sona qədər mübarizə aparcağıq, əzmkar oyun göstərəcəyik".

Qeyd edək ki, milli çempionatın başa çatmasına 6 tur qalmış "Qarabağ" 69 xalla liderdir. "Zirə" 59 xalla ikinci, "İnter" 49 xalla üçüncüdür.

Digər xəbərlər