SUARES RONALDONU KEÇDİ

Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
21 Aprel 2016 - 12:50
İspaniya çempionatında uğursuzluq zolağında olan "Barselona" axır ki, bu durumdan çıxa bilib. Lider komanda dörd oyun qələbəyə həsrət idi. 34-cü turda "Barsa" səfərdə "Deportivo"nu darmadağın edib - 8:0.
Qollardan dördünü Suares, hərəyə birini isə Rakitiç, Messi, Bartra və Neymar vurublar.
Suares, "Barselona" forması ilə bir mövsümdə 48 qola imza atıb və Ronaldonun 96/97 sezonundakı 47 qolluq rekordunu keçib.