"TƏƏSSÜF Kİ, AFFA RÜSUMU AZALTMADI" - VİDEO

"TƏƏSSÜF Kİ, AFFA RÜSUMU AZALTMADI" - VİDEO
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
19 Aprel 2016 - 17:43
Supersport.Az AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynovun fikirlərini təqdim edir.

O, komitənin son iclasında qızğın müzakirələr getdiyini bildirib:

"İcraiyyə Komitəsində legionerlərin limiti ilə bağlı verilən qərar qızğın müzakirəyə səbəb olub. Bu qərar 5-6 aydır ki, müzakirə olunur. Elxan Məmmədov və Ramin Musayev də indiyə kimi müzakirələrimizdə iştirak edib. Biz inanırdıq ki, İcraiyyə Komitəsinin iclasında legionerlərə qoyulan rüsumun azaldılması ilə bağlı qərar qəbul olunacaq. Amma təəssüflər olsun ki, hər hansı qərar qəbul olunmadı. Biz bununla bağlı işçi qrupu yaradacağıq. Həmin işçi qrupunun iştirakçıları arasında “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov və mən yer alacağıq. Biz 10 gün ərzində Elxan Məmmədovla görüşüb, ortaq məxrəcə gəlməyə çalışacağıq. Daha sonra isə İcraiyyə Komitəsinin 2-3 üzvü ilə müzakirələr aparacağıq. Ola bilsin ki, iyun ayında İcraiyyə Komitəsi yenidən yığılsın və biz bu məsələləri yenidən müzakirə edək".

Digər xəbərlər