QARABAĞ FORMASINDA AVROPA ÇEMPİONLUĞU

QARABAĞ FORMASINDA AVROPA ÇEMPİONLUĞU
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
18 Aprel 2016 - 23:22
Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə Avropa çempionatı keçirilib.

Supersport.Az-ın məlumatına görə, 23 Avropa ölkəsindən 500-ə yaxın idmançının qatıldığı çempionatda Azərbaycanın Şaolin Döyüş Sənəti Federasiyasının üzvləri də iştirak edib. Turnirin keçirildiyi hər iki gün millimiz üçün uğurlu olub. Komandamıza ilk qızıl medalı professional döyüşlər üzrə Nizami Mollayev, taolu döyüşü üzrə isə Tofiq Abışlı qazandırıb.

Beləliklə Nizami Mollayev 1 qızıl, Malik Əliyev 1 qızıl, 1 bürünc, Tofiq Abışlı 2 qızıl, 1 gümüş, Əlibəy Əlizadə 1 qızıl, Fərhad Ədilov 1 qızıl, Turan Qulamzadə 1 qızıl, Emil Mirzəyev 1 qızıl, 1 bürünc, Əzizbəy Qasımov 1 qızıl, Firuz Məmmədov 1 qızıl, Kənan Cəfərli 1 gümüş və Nail Hüseynov 1 qızıl medal qazanıblar. İdmançılarımız çempionatda ümumilikdə 11 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olublar.

Beləliklə, Azərbaycan yığması komanda hesabında qızıl medalı sayına görə ilk pillədə qərarlaşıb.

Çempionatı izləyənlər arasında Azərbaycan Respublikası Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyev, Federasiyanın professional döyüşlər üzrə baş məşqçisi Ruhin Hüseynov və komandanın kapitanı Malik Əliyev də olub. Yarışa üzərində Qarabağ yazılmış köynəklərlə çıxan idmançılarımız qələbələrini torpaqlarımız uğrunda həlak olan şəhidlərin ruhuna həsr edib (azertac).

Millimiz aprelin 21-i vətənə dönəcək.

Digər xəbərlər