İKİQAT DÜNYA ÇEMPİONUMUZ FİNALDA UDUZDU

İKİQAT DÜNYA ÇEMPİONUMUZ FİNALDA UDUZDU
Maqazin, Futbol, Olimpiya, Digər, Eksklüziv, Video, Foto
17 Aprel 2016 - 22:02
Supersport.Az-ın məlumatına görə, Türkiyənin Samsun şəhərində boks üzrə lisenziya turniri başa çatıb. Yarışın sonuncu günü qadınlardan ibarət milli komandamızın üzvü Yana Alekseyevna final görüşünə çıxıb. Xatırladaq ki, yarimfinalda olimpiya çempionu, dördqat dünya və beşqat Avropa çempionatının qalibi irlandiyalı Keti Teylora qalib gələrək Rio Olimpiya Oyunlarına vəsiqə qazanan boksçumuz həlledici görüşdə də uğurla çıxış edib. 60 kq çəki dəcəsində yarışan Yana Alekseyevna finalda italiyalı İrma Testanı məğlub edərək Olimpiya Təsnifat turnirinin qızıl medalını qazanıb.


64 kq çəki dərəcəsində qüvvəsini sınayan Lorenso Sotomayor da turnirin qalibi olub. Yarımfinalda türkiyəli Batuhan Gözgeçi məğlub etdikdən sonra Rioya vəsiqəni təmin edən boksçumuz həlledici görüşdə litvalı Evaldas Petrauskasla qarşılaşıb. Döyüş idmançımızın qələbəsilə yekunlaşıb. Samsun turnirində Abdulqadir Abdullayev də olipiadaya vəsiqə əldə edib. Boksçumuz 3-cü yer uğrunda Ukraynanı təmsil edən erməni Gevorq Manukyana qalib gəlib. Xatırladaq ki, Gevorq Manukyan Bakıda Avropa Oyunlarının finalında boksçumuzla görüşə çıxmaqdan imtina etmişdi.


Ən ağır çəki dərəcəsində yarışan milli komandamızın lideri Məhəmmədrəsul Məcidov da finala çıxmaqla olimpiada lisenziyasına sahib olub. 91 kq-dan artıq çəki dərəcəsində yarışan 2 qat dünya çempionumuz qızıl medal uğrunda görüşdə britaniyalı Yozef Coysla üz-üzə gəlib. Qarşılaşma rəqib boksçunun qələbəsilə başa çatıb.


Milli komandamızın digər üzvü Cavid Çələbiyev də Samsun turnirində olimpiadaya lisenziya qazanmaqla yanaşı, fəxri mükafat qazanıb. Bununla da boksçularımız Rio olimpiadasına 5 lisenziya, həmçinin 3 qızıl, bir gümüş və bir bürünc medal qazanıblar.

Xatırladaq ki, millimizin digər üzvləri - Elvin Məmişzadə, Albert Səlimov və Pərviz Bağırov son dünya çempionatında Rio Olimpiadasına lisenziya əldə ediblər.

Digər xəbərlər