ALMANİYA FUTBOLUNDA YENİ PREZİDENT

ALMANİYA FUTBOLUNDA YENİ PREZİDENT
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
17 Aprel 2016 - 21:46
Almaniya Futbol İttifaqının (DFB) yeni prezidenti seçilib.

Supersport.Az-ın məlumatına görə, DFB-nin İcraiyyə Komitəsinin növbədənkənar yığıncağında Raynhard Qrindel alternativsiz və yekdilliklə bu vəzifəyə layiq görülüb. 54 yaşlı yeni prezident, əvvəllər qurumun xəzinədarı vəzifəsində çalışıb və Volfqanq Nirsbaxı əvəzləyib. Nirsbax isə 2015-ci ilin noyabrında qalmaqallardan və FİFA məmurları ilə korrupsiya əlaqələrinə dair ittihamlardan sonra istefa verib.

R.Qrindel, yeni fəaliyyətində əsas məqsədinin həvəskar və peşəkar futbolda maraqları birləşdirmək və eləcə də Almaniya futbolunun mövqelərini ölkə xaricində də təbliğatının gücləndirməkdən ibarət olacağını bəyan edib.

Məlumat üçün bildirək ki, 2018-ci il dünya çempionatının seçmə mərhələsində Almaniya millisi Azərbaycan yığması ilə eyni qrupda yer alıb.

Digər xəbərlər