RONALDONU GERİDƏ QOYAN RAŞFORD

RONALDONU GERİDƏ QOYAN RAŞFORD
Maqazin, Futbol, Digər, Eksklüziv, Video, Foto
17 Aprel 2016 - 14:39
Supersport.Az-ın məlumatına görə, "Mançester Yunayted"in gənc ulduzu adından söz etdirir.

Baş məşqçi Lui Van Qalın güvəndiyi 18 yaşlı Markus Raşford dünya futbolunun tanınmış siması Kriştiano Ronaldonu geridə qoyub.

"Mançester Yunayted"in Aston Villanı məğlub etdiyi oyunda gənc oyunçu, komandasına qələbə qazandırıb. Maraqlıdır ki, "Qırmızı şeytanlar" Raşfordun qol vurduğu oyunlarda məğlub olmayıb.

"Mançester Yunayted"də çıxış edərkən portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilk mövsümdə 40 matçda 6 qol vurub. Raşford isə hələ ki, 12 oyunda 7 qolun müəllifi olub.

Digər xəbərlər