"QARABAĞ"IN ZƏDƏLİLƏRİ HAQDA SON DURUM

Futbol, Eksklüziv
07 Aprel 2016 - 02:05
"Kəpəz"lə oyun ərəfəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Supersport.Az-a açıqlamasında zədəli futbolçulardan danışıb.
Mütəxəssis bildirib ki, Rəşad Sadıqovda problem yoxdur.
"Bəzi futbolçular fərdi məşq edir. Elə oyunçular var ki, istirahət etməlidirlər. Riçard son oyunda zədə aldı. Maksim isə qarşılaşmadan sonra əzələsində ağrı hiss etmişdi. Hər iki futbolçunun növbəti görüşdə iştirak etməmək ehtimalı var. Buna görə də onlar fərdi çalışırlar. Son məşqdə hər ikisinin durumuna aydınlıq gələcək.
Reynaldoya gəlincə, ilk dəqiqələrdən oynaya bilər. Ancaq yenə də həkimlərlə məsləhətləşmə olacaq" - deyə, baş məşqçi söyləyib.