AZƏRBAYCAN NİDERLANDI DARMADAĞIN ETDİ

AZƏRBAYCAN NİDERLANDI DARMADAĞIN ETDİ
Futzal, Futbol
23 Mart 2016 - 00:46
Futzal üzrə dünya çempionatına vəsiqə qazanmaq üçün pley-offda Niderland ilə səfərdə qarşılaşan Azərbaycan milli komandası ilk matçı qələbə ilə başa vurub. Yığmamız rəqibini darmadağın edib - 5:1. Cavab oyunu aprelin 12-də Bakıda keçiriləcək. Bu qarşılaşma ərəfəsində millimiz böyük üstünlük əldə edib.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qalib komanda Kolumbiyada təşkil olunacaq Dünya Kubokunda iştirak etmək hüququ qazanacaq.

Digər xəbərlər