VƏLİ QASIMOV: "NEFTÇİ" ADINA LAYİQ YERDƏ DEYİL"

VƏLİ QASIMOV: "NEFTÇİ" ADINA LAYİQ YERDƏ DEYİL"
Futbol, Eksklüziv
18 Mart 2016 - 21:57
"BU İSTƏYƏ ÇATMAQ ÇOX ÇƏTİNDİR, MƏQSƏD KUBOKU QAZANMAQDIR"

Supersport.Az-a açıqlamasında "Kəpəz"i qəbul edəcək "Neftçi"nin baş məşqçisi Vəli Qasımov fikirlərini bölüşüb.

"Bu komandaların əvvəlki iki oyunda qalib müəyyənləşməyib. Çalışacağıq ki, bu dəfə qələbə qazanaq" - deyə, 47 yaşlı mütəxəssis bildirib.

Qasımov, komandasının bu heyətlə Avropa turnirinə vəsiqə qazanacağına ümid edir:

"Komandada yeni struktur qurmağa çalışırıq. Bunun üçün çox əziyyət çəkməliyik. Komandanın oyun səviyyəsi düşüb, ancaq futbolçuların potensialı böyükdür, onların sistemə uyğun oynayıb, uğur qazacağına inanıram. "Neftçi" hazırda adına layiq yerdə deyil, turnir cədvəlində yeddincidir. Bu mövsüm çempionatda məqsəd üçlüyə düşmək idi. Lakin hazırki durumda bu istəyi reallaşdırmaq çox çətindir. Ölkə kubokunu qazanaraq, Avropa yarışına vəsiqə əldə etmək istəyirik. Bununla yanaşı, çempionatda üçlüyə daxil olmaq üçün mübarizəni sona qədər davam etdirəcəyik".

Digər xəbərlər