DANİLO DİAS KASİLYASA 2 QOL VURDU

Futbol
14 Mart 2016 - 21:51
Portuqaliya çempionatında 26-cı turun oyunları keçirilib.
Supersport.Az xəbər verir ki, ötən gecə “Portu” öz meydanında “Union Madeyra” ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Qonaqların heyətində “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias fərqlənib. Braziliyalı hücumçu matçın 62 və 67-ci dəqiqələrində İker Kasilyası iki dəfə məyus edib.
Qeyd edək ki, "Union Madeyra" Portuqaliya çempionatında 25 xalla 15-ci yerdə qərarlaşıb.