ARDA TURAN DÜNYA LİDERLƏRİNƏ MÜRACİƏT ETDİ - FOTO

ARDA TURAN DÜNYA LİDERLƏRİNƏ MÜRACİƏT ETDİ - FOTO
Futbol
14 Mart 2016 - 21:34
Türkiyə millisinin kapitanı, İspaniyanın “Barselona” klubunun oyunçusu Arda Turan Ankarada törədilən terrorla bağlı sosial şəbəkə vasitəsilə dünya liderlərinə müraciət edib.


Supersport.Az xəbər verir ki, məşhur futbolçu müraciətində belə qeyd edir:

“Bütün dünyaya müraciət edirəm. Bu, sadəcə bizim problemimiz deyil. Bu hamımızın, sənin, mənim bütün dünyanın problemidir. Terrora qarşı birləşməyin zamanıdır. Bir dünyada torpağa düşən hər can üçün göz yaşı tökdük. Ağrı-acılar sizin ərazilərinizi bürüdüyü zaman sizlərə əl uzatdıq, bərabər ağladıq.

İndi öyündüyünüz mədəniyyətə uyğun olaraq, lazım olanı edin və ayağa qalxın. Çünki insanın dəyərini müəyyənləşdirən yaşadığı coğrafiya deyil. İndi mənim ölkəmdə tanımadığınız evlərdə analar, atalar, bacılar, qardaşlar, həyat yoldaşları, uşaqlar ağlayır. İndi təpkinizi göstərin. Mən Türkiyə Cümhuriyyətini təmsil edən bir idmançı olaraq, bunu sizlərdən gözləyirəm. Hamımız bunu gözləyirik”.

Xatırladaq ki, martın 13-də Bakı vaxtı ilə saat 20:45-də Ankaranın “Kızılay” meydanı yaxınlığında terror aktı törədilib.

Son məlumata görə, ölənlərin sayı 37 nəfərdir. 70 nəfərdən çox adam xəstəxanalara yerləşdirilib, onlardan 15-nin vəziyyəti ağırdır.

hhh

Digər xəbərlər